Ana səhifə / Layihələrimiz

Moskva Dövlət Tibb Universitetinin Bakı filialının tikintisi

Bakı şəhəri Yasamal rayonu Hüseyn Cavid prospekti 139 ünvanında İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının ərazisində yeni tədris korpusunun tikintisi Azinvest İnşaat Qapalı Səhmdar Cəmiyyəti tərəfindən hayata keçirilir. Universitet binası 3 mərtəbədən ibarətdir. Tikintinin ümumi sahəsi 2332 kvadrat metr, binanın tikinti sahəsi isə 562 kvadrat metr təşkil edir. Universitet binasının içərisində sahəsi 288 kvadrat metr olan kitabxana və sahəsi 192 kvadrat metr olan oxu zalı mövcuddur.