Ana səhifə / Layihələrimiz

Xırdalan şəhəri Kristal-2 adlanan ərazidə tam orta məktəbin tikintisi.

Abşeron rayonu Xırdalan şəhəri Kristal-2 adlanan ərazidə 2000 şagird yerlik yeni tam orta məktəbin tikintisi Azinvest İnşaat Qapalı Səhmdar Cəmiyyəti tərəfindən hayata keçirilir. Məktəb binası 4 mərtəbədən ibarətdir. Məktəbin ümumi tikinti sahəsi 16640 kvadrat metr, binanın tikinti sahəsi isə 4541 kvadrat metr təşkil edir. Məktəbin həyətyanı sahəsinin ümumi ölçüsü 1.7 hektardır. Binanın içərisində hər biri 540 kvadrat metr sahəyə malik  olan 2 ədəd qapalı idman zalı mövcuddur.